Siyahıda Azərbaycanın ən yaxın qonşusunun da adı var
 
Dünyada silah satışı üzrə lider ölkələrinin adları açıqlanıb.RePost.az-ın  New York Times-a istinadla verdiyi məlumata görə, siyahının ilk pilləsində ABŞ dayanır. ABŞ 2015-ci ildə silah satışı üzrə 40 milyad dollarlıq müqavilələr imzalayıb. Silah bazarında imzalanan razılaşmaların yarısı da məhz bu ölkənin payına düşür. 
 
Bu siyahı konqresin araşdırma xidmətinin hesabatı əsasında hazırlanıb.
 
İkinci yerdə Fransa qərarlaşıb. O, ABŞ-dan ciddi rəqəm fərqi ilə geridədir. Avropanın ən inkişaf etmiş dövlətlərindən olan Fransanın bu sahədəki razılaşmaları 15 milyard dollarlıq olub.
 
Azərbaycanın şimal qonşusu olan Rusiyanın isə silah satışına görə gəlirləri 2014-cü il səviyyəsindən cüzi fərqlənir. Belə ki, iki il öncə 11,2 milyard dollarlıq silah satışı həyata keçirən Rusiya ötən il 11,1 milyardlıq razılaşmalar əldə edib. Rusiyanı isə Çin (6 milyard dollar) izləyir. 
 
Ən böyük silah idxalçısısınn da adı açıqlanıb. Bu Qətərdir. Adıçəkilən ölkə alışla bağlı 17 milyard dollardan çox dəyəri olan razılaşmalar imzalayıb. İkinci yerdə Misir (12), üçüncü də isə Səudiyyə Ərəbistanıdır (8 milyard dollar). 
 
Qəzetin yazdığına görə, dünyada terror hədəsinin artmasına, savaşların çoxalmasına baxmayaraq silah satışının həcmi azalıb. Belə ki, 2014-cü ildə bu rəqəm 89 milyard dollar olsa da, ötən il 80 milyarda kimi düşüb. 
 
RePost.az
 

Baxış sayı: 2554 | Tarix: 27.12.2016
Bizi Telegramda izləyin: @repostaz