Milli Şura və Müsavat Partiyasının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirdiyi birgə mitinq insidentsiz başa çatıb.
 
Bakı Şəhər Baş Polis İdarəsindən RePost.Az-a verilən məlumata görə, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: "Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
 
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb".
 
RePost.Az

Baxış sayı: 122 | Tarix: 10.03.2018
Bizi Telegramda izləyin: @repostaz