Musiqiçi Pircan Həsənov özünü öldürüb.
 
RePost.Az axşam.az-a istinadən bildirir ki, hadisə dünən səhər saatlarında baş verib.
 
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu əməkdaşımızla söhbətində bildirib ki, P.Həsənov özünü zəhərləyib:
 
"Qonşusu ilə arasında mübahisəsi var idi. Məhkəmə işi olub və buna cəza verilib. O da səhər durub nəsə içib və özünü öldürüb".
 
Qeyd edək ki, sintezator ifaçısı P.Həsənov Rəşid Behbudov adına Mahnı Teatrının solisti olub. O bir çox müğənnilərin ansamblında çalışıb.
 
RePost.Az

Baxış sayı: 2554 | Tarix: 15.03.2018
Bizi Telegramda izləyin: @repostaz