“Azərbaycanda dollarla olan kreditlər üzrə yaranan problemlərin həlli məsələsinə baxılır”.
 
RePost.Az APA-ya istinadən məlumat verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında hökumətin hesabatı zamanı deyib.
 
Bəzi deputatlar bölgələrdə əhalinin dollarla olan kreditlər üzrə yaranmış vəziyyətlə bağlı narahatlığını çatdırıb. O. Əsədov bildirib ki, məsələyə baxılır, amma bəzən bu məsələ süni olaraq qızışdırılır: “Bunu elə deyirsiniz ki, məsələni daha da qızışdırırsınız. Yəni deməyək ki, “dollarla verilən kreditlər”, açıq deyin ki, dollarla alınan kreditlər. Çünki krediti dollarla almışıq, bizə məcbur verilməyib”.
 
RePost.Az

Baxış sayı: 2117 | Tarix: 16.03.2018
Bizi Telegramda izləyin: @repostaz