Bu gün ATV-də yayımlanan “Zaurla günaydın” proqramında maraqlı anlar yaşanıb.
 
RePost.Az Oxu.Az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Zaur canlı yayıma hamam xalatında çıxıb. O, proqram zamanı hamamdan çıxdığını bildirərək səhər süfrəsi hazırlayan həyat yoldaşına qazın bitdiyini deyib və ondan çay istəyib.
 
Onun bu görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusu olub.
 
Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev bildirib ki, Şurada bütün radio və televiziya verilişlərinin monitorinqi aparılır:
 
“Bütün verilişlər 1 gün sonra yoxlanılır. Əgər qanun pozuntusu aşkarlanarsa onda MTRŞ mövqe bildirəcək. Ümumiyyətlə isə milli mənəvi dəyərlərə xələl gətirən görüntülər aşkarlan verilişlər ilə bağlı MTRŞ tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq ölçü götürülür”.
 
Sədr müavini əlavə edib ki, sözügedən verilişlə bağlı həftənin ilk iş günü yəni bazarertəsi MTRŞ münasibət bildirəcək.
 
RePost.Az


Baxış sayı: 2953 | Tarix: 17.03.2018
Bizi Telegramda izləyin: @repostaz