Azərbaycanda martın 19-da qızıl və palladiumun qiymətləri bahalaşıb, gümüş və platin isə ucuzlaşıb.
 
RePost.Az Trend-ə istinadən xəbər verir ki, qızılın qiyməti təxminən 1,59 manat artaraq 1 troy unsiyası üçün 2 229,856 manat təşkil edib.
 
Gümüş 0,25 manat ucuzlaşaraq 1 unsiya üçün 27,6662 manata çatıb.
 
Platinin qiyməti 20,48 manat azalaraq 1 605,361 manat, palladiumun qiyməti isə 7,77 manat artaraq 1 688,1085 manat təşkil edib.
 
RePost.Az

Baxış sayı: 3181 | Tarix: 19.03.2018
Bizi Telegramda izləyin: @repostaz