Dünən gecə saat 22:00 radələrində Bakıda sərnişin avtobuslarının iştirakı ilə yol qəzası baş verib.
 
RePost.Az-ın məlumatına görə, hadisə Bayıl qəsəbəsində baş verib. Belə ki, 53 saylı marşrut xətti ilə hərəkət edən avtobus qarşı zolağa çıxaraq 88 saylı marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub. Nəticədə hər iki avtobusa xeyli ziyan dəyib. Şüşələrin sınması nəticəində 53 saylı avtobusda bir neçə sərnişin xəsarət alıb.
 
RePost.Az

Baxış sayı: 3618 | Tarix: 26.03.2018
Bizi Telegramda izləyin: @repostaz