Mayın 12-də Qarabağ Azadlıq Təşkilatı (QAT) Bakıdakı Məşəl stadionunda mitinq planlaşdırır.
 
Bu barədə RePost.Az-a QAT sədri Akif Nağı məlumat verib. Onun sözlərinə görə, artıq mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu da göndərilib.
 
“Mitinqə bütün siyasi və ictimi qüvvələr və təşkilatlar dəvət olunub. Bakı şəhər İcra Hakimiyyətinin müraciətimizə cavabından sonra hər bir siyasi partiyaya və təşkilatlara ayrıca müraciətlər olunacaq. Bizim əsas tələbimiz işğal altında olan Azərbaycan torpaqlarının, o cümlədən Qarabağın azad edilməsi ilə bağlıdır. Mitinqdə "Qarabağa azadlıq!”, "Ya Qarabağ, ya ölüm!”, "Ya Qarabağı azad et, ya kənara çəkil!”, "Qarabağda azadlıq müharibəsinin başlanmasını tələb edirik!”, "Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarları səsləndiriləcək”, - deyə Akif Nağı əlavə edib.
 
RePost.Az

Baxış sayı: 3219 | Tarix: 05.04.2018
Bizi Telegramda izləyin: @repostaz