“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.
 
Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə "exit-poll" aparılıb: “80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. “Exit-poll” uğurla başa çatdı.
 
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı “exit-poll”un nəticələri aşağıdakı kimidir:
 
İlham Əliyev – 82,71 faiz
 
Qüdrət Həsənquliyev – 4,23 faiz
 
Sərdar Cəlaloğlu - 3,56 faiz
 
Zahid Oruc - 3,37 faiz
 
Hafiz Hacıyev - 2,1 faiz
 
Araz Əlizadə - 1,87 faiz
 
Fərəc Quliyev - 1,33 faiz
 
Razi Nurullayev 0,92 faiz.
 
Qeyd edək ki, seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.
 
ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib.
 
Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib. 
 
Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə keçirdiyi "exit-poll"un ilkin nəticələrinə görə isə dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 86,53%;
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,10%;
 
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 2,92%;
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 2,81%;
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1, 73%;
 
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,21 %;
 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1, 03%;
 
"Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0, 67%;
 
"Exit-poll" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.
 
ABŞ-ın "Artur J.Finkelstein and Associates” (AJF) təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə Azərbaycandakı prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticəsinə əsasən isə İlham Əliyevin topladığı səs faziləri isə 85,57 olub. Qüdrət Həsənquliyev 2.96 faiz, Zahid Oruc 2.92 faiz, Sərdar Cəlaloğlu 2.48 faiz, Hafiz Hacıyev 1.76 faiz, Araz Əlizadə 1.42 faiz, Fərəc Quliyev 1.52 faiz, Razi Nurullayev 1.37 səs qazanıb.
 
"Exit poll" 40 seçki dairəsində 200 seçki məntəqəsində keçirilib.
 
Sorğuda əvvəlcədən təlimatlandırılmış 20 supervayzer, 400 intervyuçu, 30 operator iştirak edib.
 
RePost.Az

Baxış sayı: 3390 | Tarix: 11.04.2018
Bizi Telegramda izləyin: @repostaz