Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığı açıqlanıb.
 
RePost.Az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının Katibliyinin (MSK) Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 19.00-da səsvermə başa çatıb və  5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib.
 
Beləliklə, prezident seçkilərində seçici fəallığı 74,51 faiz olub.
 
RePost.Az

Baxış sayı: 2478 | Tarix: 11.04.2018
Bizi Telegramda izləyin: @repostaz