Bakıda və Abşeron yarımadasında aprelin 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15,  Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 761 mm civə sütunundan 766  mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 14-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 6-11, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 14-dən 15-i gündüzədək güclü xəzri küləyi fonunda temperaturun aşağı enməsi və rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlarda narahatlıq yarada bilər.
 
Aprelin 14-dən 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə  4-7 dərəcə aşağı enəcək.
 
RePost.Az

Baxış sayı: 2345 | Tarix: 13.04.2018
Bizi Telegramda izləyin: @repostaz