ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı rəqqasə Rəna Ağamuradova (Renka) olub.
 
RePost.Az-ın xəbərinə görə, oriental rəqs etmək üçün ilanla efirə gələn rəqqasə olduqca çətin anlar yaşayıb.
 
Belə ki, rəqs əsnasında ilan Renkanın saçına ilişərək, boğazına dolanıb. Efirdə boğulmaq təhlükəsi yaşayan rəqqasəyə anında yardım göstərilib.
 
“Renka əslində qorxaq qız deyil, hər zaman risqli addımlar atmağa öyrəşib. Sadəcə olaraq, bu dəfə gözlənilməz vəziyyət yarandı, rəqs edərkən ilan onun boğazına dolanmağa başladı. O rəqsini sona qədər davam etdirmək istəsə də, mümkün olmadı. Ürəyi gedəcəkdi. Qohum-əqrəba, dost-tanış həyəcan içində zəng edir, ağlayırdılar. Qız indi-indi özünə gəlir. Yaxşı ki, qızı verilişə baxmayıb. Ümumiyyətlə, o uşağını iştirak etdiyi verilişlərə baxmağa icazə vermir. İstəmir uşaq həyəcan keçirsin”, - deyə rəqqasənin kömkçisi olayı şərh edib.
 
RePost.Az


Baxış sayı: 3067 | Tarix: 13.04.2018
Bizi Telegramda izləyin: @repostaz