Lənkəran sakini qətlə yetirilib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb. Həmin ünvanda 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən odun parçası ilə vurularaq qətlə yetirilib. 
 
Hadisəni törədən G. Salayeva artıq polis tərəfindən saxlanılıb.
 
Məlumata görə, S. Həsənova və G. Salayevanın hər birinin iki övladı var.
 
S. Həsənovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2305