Qazax rayonunda güllələnmə hadisəsi baş verib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
 
Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.
 
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2573 | Tarix: 14.04.2018
Bizi Telegramda izləyin: @repostaz