Azərbaycan Nazirlər Kabineti bu gün istefa verib.
 
RePost.Az xəbər verir ki, ölkə Kanstitusiyasına uyğun olaraq Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.
 
Sərəncam imzalandığı gündən qüvvəyə minib.
 
RePost.Az

Baxış sayı: 2763 | Tarix: 18.04.2018
Bizi Telegramda izləyin: @repostaz