Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumatına görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
 
RePost.Az
 
Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, aprelin 22-23-də meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Baxış sayı: 2079 | Tarix: 20.04.2018
Bizi Telegramda izləyin: @repostaz