Azərbaycan Milli Məclisində baş nazir postuna namizədlik məsələsinə baxılır.
 
RePost.Az-ın məlumatına görə, bu vəzifəyə Azərvaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb.
 
N. Məmmədovun namizədliyinin irəli sürüldüyü spiker Oqtay Əsədov tərəfindən elan edilib.
 
Spiker bildirib ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisin bugünkü iclasına layihədən ibarət məktub göndərilib.
 
Məktubda yeni hökumətə başçılıq etmək üçün Novruz Məmmədovun namizədliyi irəli sürülüb.
 
Spiker N. Məmmədovun indiyə qədər göstərdiyi xidmətlərini yüksək qiymətləndirib.
 
RePost.Az
 

Baxış sayı: 2991 | Tarix: 21.04.2018
Bizi Telegramda izləyin: @repostaz