Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsindən istefaya getməsi ilə bağlı bəyanat yayıb. 
 
RePost.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan Ermənistan Respublikasının bütün vətəndaşlarına - yaşlı nəslə və gənclərə, qadınlara və kişilərə müraciət edib. 
"Gecə-gündüz “Serjdən imtina et!” çağırışı ilə küçələrdə dayananlara və öz borcunu yerinə yetirmək üçün çətinliklə iş yerinə çatanlara müraciət edirəm. Günlərlə canlı efiri izləyənlərə, ictimai təhlükəsizliyi təmin edənlərə müraciət edirəm. Sərhəddəki mərd döyüşçülərə və zabitlərə, öz silah yoldaşlarıma, partiyadaşlarıma, bütün siyasi qüvvələrə və xadimlərə müraciət edirəm.
 
Sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm.
 
Nikol Paşinyan haqlı idi. Mən yanıldım. Yaranmış durumda bir neçə qərar var, lakin onların heç birinə getməyəcəyəm. Bu, mənə görə deyil. Mən ölkə rəhbəri – Ermənistanın baş naziri vəzifəsini tərk edirəm. Mənim baş nazirliyimə qarşı küçə hərəkatına üz tuturam – mən sizin tələbinizi yerinə yetirirəm.
 
Ölkəmizə sülh, harmoniya və məntiq arzulayıram. Təşəkkür edirəm”, - deyə Sarkisyan bəyan edib.
 
RePost.Az
 

Baxış sayı: 3105 | Tarix: 23.04.2018
Bizi Telegramda izləyin: @repostaz