Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. Hava limanında onu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər rəsmi şəxslər qarşılayıb. 
 
RePost.Az-ın məlumatlına görə, Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında onun abidəsini ziyarət edib və abidənin önünə gül dəstəsi qoyub.
 
Elə həmin gün Prezident İlham Əliyev Türkiyə səfəri çərçivəsində Ankarada dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb. İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan birgə şam ediblər. Xatırladaq ki, Azərbaycan və Türkiyə dövlət başçılarının prezident kimi qarşılıqlı səfərləri ənənə halını alıb. Azərbaycanın dövlət başçısı da ilk xarici səfərini Türkiyəyə edib.
 
RePost.Az
 

Baxış sayı: 2839 | Tarix: 25.04.2018
Bizi Telegramda izləyin: @repostaz