Bakıda Yusif Səfər küçəsindəki "Trump Tower-də yanğın başlayıb. 

RePost,Az-ın məlumatına görə, yanğın binanın sonuncu mərtəbəsində baş verib.  Yanğının səbəbi hələlik məluum deyil. 

Xatırladaq ki, həmin bina Amerika Prezidenti Donald Trampa məxsusdur. Amerikada seçkilərdən sonra Tramp biznes fəaliyyətini dayandırdığına görə, binanın üzərindən onun adı da götürülüb.

 
Yanğın baş verən ərazidə yollar bağlanıb. Hadisə yerinə FHN-nin iki briqadası cəlb olunub. 
 
Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrdə baş verib. Yanğın binanın çölünü əhatə edib. Binanın içərisinə yanğın keçməyib.
 
Yanğın baş verən əraziyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov  da gəlib. 
 
Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  
 
Yanğın 5 saatlıq mübarizədən sonra söndürülüb.
 
RePost.Az

 


Baxış sayı: 2307 | Tarix: 28.04.2018
Bizi Telegramda izləyin: @repostaz