Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai rayonu Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 30 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
 
Bu barədə RePost.Az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
 
"Alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq", - deyə məlumatda vurğulanıb.                                                 
 
RePost.Az

Baxış sayı: 2307 | Tarix: 30.04.2018
Bizi Telegramda izləyin: @repostaz