Paytaxtın Nərimanov rayonunda qətl hadisəsi qeydə alınıb.
 
RePost.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 10:00 radələrində “Şərq” bazarı yaxınlığında baş verib. Belə ki, keçmiş həyat yoldaşı Zəhra İbrahimovanı oğlanla görən Rəçad İbrahimov onların hər ikisini bıçaqlayıb. Nəticədə Z. İbrahimova ölüb, onun yanında olan Emin Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
 
RePost.Az

Baxış sayı: 2269 | Tarix: 01.05.2018
Bizi Telegramda izləyin: @repostaz