“Bakı Dairəvi-1” avtomobil yolunda saat 13 radələrində ölümlə nəticələnən qəza baş verib.
 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən RePost.Az-a verilən məlumata görə, qəza nəticəsində “Yol Xətt” MMC-nin işçisi dünyasını dəyişib.
 
Hadisə avtomobil yolunun “Meyvəli” bazarı istiqamətinə düşən hissəsində baş verib. Belə ki, ərazidə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən 90 FS 151 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan “Pajero” markalı avtomobilə, daha sonra ərazidə xidmət aparan və həmin hissədə işlərin aparıldığı üçün yolun bağlı olduğunu sürücülərə işarələyən BDYPİ-nin Yol Patrul Xidməti avtomobilinə və “Yol Xətt” MMC-yə məxsus minik maşınına çırparaq, MMC-nin işçisi olan 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub. Daha sonra yük maşını yol kənarında quraşdırılmış əyri-xətli dəmir tirlərə dəyərək dayanıb. İlqar Əmirov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. 
 
İlkin versiyaya əsasən, hadisə yük maşının əyləc sistemində yaranmış nasazlıq ucbatından baş verib. Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2230