Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edilib.
 
RePost.Az-ın məlumatına görə, Baş Prokurorluğun saytında “KİV-lə əlaqələrə görə məsul şəxslər” bölməsində bununla bağlı dəyişiklik edilib.
 
Dəyişikliyə görə, Baş Prokurorluğun mətbuat xidmətinin yeni prokuroru Zeynalov Kənan Fikrət oğludur. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinatı təsdiqləyib. E.Sultanov bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə K.Zeynalov Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib, ona Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə olunub.
 
RePost.Az

Baxış sayı: 2535 | Tarix: 14.05.2018
Bizi Telegramda izləyin: @repostaz