"2018/2019 tədris ilinin qəbul planına əsasən, bakalavriat səviyyəsi üzrə təxminən 45159 yer ayrılıb".
 
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, qəbul planı ötən tədrisi ilə müqayisədə 2303 yer artıb.
 
Dövlət sifarişli yerlərin sayının 1,3 % artdığını vurğulayan DİM sədrinin sözlərinə görə, 9 illik bazadan kolleclərə qəbul planı 572 yer azalıb, 11 illik bazadan kolleclərə qəbul planı isə ötən illə müqayisədə 21% artıb. 
 
M. Abbaszadə qeyd edib ki, bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib: "Yaz imtahanlarında II ixtisas qrupu üzrə imtahan verən abituriyentlər yay imtahanında III ixtisas qrup üzrə imtahan verə biləcəklər. Biz hələ bilmirik bu dəyişmələr nəticələrə necə təsir edəcək. Yalnız imtahanlar tam başa çatdıqdan sonra hansısa fikir söyləmək olar".
 
RePost.Az

Baxış sayı: 2288 | Tarix: 17.05.2018
Bizi Telegramda izləyin: @repostaz