Bakıda ilk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı uzun zamandan sonra təkrar nümayiş etdirib. 
 
RePost.Az-ın məlumatına görə, yenidən tamaşaçı axını ilə üzləşən "MimOda" bu dəfə də maraqla qarşılanıb. Tamaşadakı rolları Elmin Bədəlov, Elsa Furtado və Sabir Məmmədov canlandırıb. Tamaşanın rejissoru isə İmam Həsənovdur. Tamaşadan fotoları isə fotoqraf Babek Hasanov çəkib.
 
İdeyası ADO`ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və tamaşa teatr mühitində birmənalı qarşılanmamışdır. Bir müddət isə tamaşanın nümayişi müvəqqəti olaraq dayandırılmışdı. Tamaşa iki evsiz insanın sevgisindən bəhs edir. Onlar düşünürlər ki, sevginin dili yoxdur. Ancaq dil işə düşəndə hadisələr dəyişir... 
 
Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.
 
RePost.Az

Baxış sayı: 10828