Bakıda məşhur aparıcı, aktrisa və model Tunay Əliyeva "Unibank" barədə qalmaqallı video paylaşıb.
 
RePost.Az xəbər verir ki, Tunay Əliyeva sosial şəbəkədə banka gedərkən qarşılaşdığı xoşagəlməz vəziyyətdən danışıb. O, paylaşdığı videoda bildirib ki, "Unibank"da maliyyə əməliyyatları edərkən gözlənilməz durumla üzləşib.
 
Aparıcı bankın ayaqyolundan istifadə etmək istəsə də buna icazə verməyiblər.
 
"Əziz dostlar, "Unibank"a gəlmişəm. 3-cü mikrorayon şöbəsində idim. Burada əməliyyat edirdim. Bu zaman çox vacib ayaqyoluna ehtiyacım oldu. Bank işçilərinə müraciət etdim. Lakin bildirdilər ki, bankda müştərilərin istifadəsi üçün ayaqyolu yoxdur", - deyə Tunay Əliyeva bildirib.
 
Tanınmış aparıcı bankda xoşagəlməz münasibətlərlə üzləşdiyini də vurğulayıb: "Müştəri tualet istəyir. Bankın əməkdaşları qeyri-insani münasibət göstərirlər".
 
Daha ətraflı Tunay Əliyevanın paylaşdığı videoda tanış ola bilərsiz.
 
RePost.Az


Baxış sayı: 3409 | Tarix: 19.05.2018
Bizi Telegramda izləyin: @repostaz