Ötən gün “Azerbaijan Fashion Week”in 2-ci günü baş tutub.
 
RePost.Az Oxu.Az-a istinadən xəbər verir ki, gecədə bir neçə yerli və xarici dizaynerin geyimləri sərgilənib.
 
Bir-birindən iddialı geyimlərin yer aldığı dəfilə də “Parcha”, “Di” və “Revoltant Home” kimi brendlərin kolleksiyası alqış toplayıb.
 
Gecədə qadın geyimləri ilə yanaşı uşaq və kişi geyimləri də nümayiş etdirilib.
 
Moda Həftəsini izləməyə gələnlər sırasında tanınmış model Kamilla Babayeva isə xüsusi diqqət çəkib. Buna səbəb onun gecəyə büstqaltersiz qatılması olub.
 
RePost.Az

Baxış sayı: 5480 | Tarix: 19.05.2018
Bizi Telegramda izləyin: @repostaz