Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan bankların kredit yığımının mərkəzləşdirilmiş qaydada təşkili, kredit yığımlarının operativliyini, şəffaflığını, müştərilərin rahatlığını təmin edilməsi məqsədi ilə Fondun daxili informasiya sisteminin ölkədə geniş xidmət şəbəkəsi olan Hökumət Ödəniş Portalına inteqrasiyasını təmin edib.
 
RePost.Az-ın Fonda istinadən verdiyi məlumata əsasən, bağlanmış bankların müştəriləri kreditlərini ödəmək üçün https://gpp.az/az internet saytında “Əmanətlərin Sığortalanması Fondu” bölməsinə daxil olaraq online qaydada ödənişlərini apara bilərlər.
 
Müştəriləri portalın internet resursundan istifadə etməklə, ölkə ərazisində fəaliyyət göstərən bankların 2 000-ə yaxın xidmət şəbəkəsində, poçt rabitəsi milli operatorunun 1 400-dən çox istənilən ödəniş məntəqəsindən, HÖP-ə qoşulmuş ödəniş təşkilatlarının 1 000-dən artıq ödəniş terminalları şəbəkəsindən nağd və ya nağdsız qaydada ödəniş kartları və bank hesabları vasitəsilə kredit borclarının ödənilməsi həyata keçirə bilərlər.
 
RePost.Az

Baxış sayı: 3352 | Tarix: 19.05.2018
Bizi Telegramda izləyin: @repostaz