Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
 
RePost.Az-ın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
 
Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.
 
Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq.
 
Erməni mərbuatının yaydığı məlumata görə, Azərbaycanın qisası özünü gecikdirməyib. Mayın 20-də saat 11 radələrində erməni hərbçi, 1999-cu il təvəllüdlü Hamlet Qriqoryan öldürülüb. 
 
O, başından və çənəsindən aldığı güllə yarasından ölüb. Güllələr erməni əsgərin çənəsi və başını deşərək əks tərəfdən çıxıb. 
 
RePost.Az

Baxış sayı: 2839 | Tarix: 21.05.2018
Bizi Telegramda izləyin: @repostaz