Üzərində sayrışan işıqlar olan avtomobil Mərkəzi Seçki Komissiyasına məxsusdur.
 
Mayın 18-də paytaxtın Azadlıq prospektində hərəkətdə olan 10-AA-947 qeydiyyat nişanlı "Mersedes" markalı avtomobilin sürücüsü 1.3- qoşa xəttin tələbini pozub əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.
 
RePost.Az avtosfer.az-a istinadən xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb. Sürücü həmin vaxtı uzaq işıqlardan və avtomobilin ön hissəsinə qanunsuz quraşdırılmış sayrışan işıqlardan istifadə edərək qarşıdan gələn sürücülərə təhlükə yaradıb. Sözügedən avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozan zaman 99-YP-390 qeydiyyat nişanlı YPX avtomobilinin yanından keçib. Lakin həmin əməkdaşlar kobud qayda pozan sürücünü dayandırmayaraq onun pozduğu qaydaya göz yumublar.
 
Avtosfer.az bildirir ki, həmin avtomobil Mərkəzi Seçki Komissiyasına məxsusdur. Maraqlısı odur ki, MSK-ya məxsus avtomobilin üzərində sayrışan işıqlar da var. Bu işıqlar isə operativ nəqliyyat vasitələrinə məxsus olur. MSK-nın isə nə vaxtdan operativ nəqliyyat vasitəsinə malik qurum olduğunu söyləmək qəliz məsələdir...
 
RePost.Az


Baxış sayı: 2383 | Tarix: 21.05.2018
Bizi Telegramda izləyin: @repostaz