VAZ şirkəti bu yay bir sıra modellərinin istehsalını dayandıracaq.
 
"Vedomosti” qəzetinin yaydığı məlumata görə, istehsalı dayandırılacaq modellərin "Lada Priora”, "Lada Kalina” və "Lada Granta”dır.
 
Zavod artıq özünün istehsal planı ilə bağlı dillerlərinə məktubu da göndərib. İstehsalın iyul ayında dayandırılacağı, onların yerinə VAZ-ın son modellərinə bənzər yeni modellərin hazırlanması nəzərdə tutulub.
 
Qeyd edək ki, "Lada Kalina” 2004-cü ildən, "Priora” 2007–ci ildən, "Granta” isə 2011-ci ildən istehsal edilir.
 
RePost.Az

Baxış sayı: 4720 | Tarix: 22.05.2018
Bizi Telegramda izləyin: @repostaz