Sabah Ramazan ayının 9-cu günüdür.
 
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 25-də Bakıda imsak saat 03:31, iftar isə saat 20:15-dədir.
 
Ramazan ayının 9-cu gününün duası:
 
"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".
 
Tərcüməsi:
 
"İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!"
 
Allah orucunuzu qəbul etsin!

Baxış sayı: 236 | Tarix: 24.05.2018
Bizi Telegramda izləyin: @repostaz