Bakı və Bakıətrafı rayonlarda hava şəraitini pisləşəcək.
 
RePost.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, ayın 26-sı axşamdan 27-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 26-sı axşamdan 27-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
 
RePost.Az

Baxış sayı: 2535 | Tarix: 25.05.2018
Bizi Telegramda izləyin: @repostaz