Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi işdən çıxarılıb.
 
RePost.Az-ın məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri İman Kərimov müvafiq sərəncam imzalayıb.
 
Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib.
 
Hələlik onun yerinə təyinat yoxdur.
 
RePost.Az

Baxış sayı: 2744 | Tarix: 28.05.2018
Bizi Telegramda izləyin: @repostaz