Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən gün baş verən zəlzələ ilə əlaqədar Zaqatala rayonuna gedib.
 
RePost.Az-ın məlumatına görə, K. Heydərov Zaqatala rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birlikdə zəlzələdən zərərçəkən kəndlərə baş çəkəcək, sakinlərlə görüşəcək.
 
Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb.
 
Zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib.
 
RePost.Az

Baxış sayı: 553