Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İran rəsmilərinin İsraillə münasibətlərə görə Bakını təhdid etməsi məsələsi qaldırılıb.
 
RePost.Az xəbər verir ki, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, İsrail baş nazirinin Bakıya səfərindən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyası cavabsız qalmamalıdır. O, İran müdafiə nazirinin “Azərbaycanın İsraillə yaxınlaşmasına dözə bilməyəcəyik” bəyanatına cavab olaraq qeyd edib ki, İranın Azərbaycana münasibətdə daha da sərtləşməsi onun özünə problem yaradacaq: "İran Azərbaycana hücum edərsə, xəritədən silinəcək. yerində 5 dövlət yaranacaq”, - millət vəkili əlavə edib.
 
Millət vəkilinin dediklərinə münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışa bilməz: “İran prezidenti də Ermənistana səfər etdi, məgər biz onlara qarşı bəyanat verdik?! Ona görə də hər kəs bir-birinə qarşılıqlı hörmət etməlidir”, - Spiker deyib.
 
RePost.Az

Baxış sayı: 274