“Maşın” şounun 16-cı sürəti davam edir.
 
RePost.Az-ın məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 
 
Maşın uğrunda mübarizə aparan iştirakçıların əksəriyəti bu dəfə Mətanət Əliverdiyevanı SMS səsverməsinə çıxarıblar. Mətanət isə özünə öncədən bəlli olduğu kimi Aytən Səfərovanı rəqib seçdi. Beləliklə bu gecə Maşın şounun başladığı müddətdən bəıri davam edən qalmaqala son qoyulacaq.  
 
Amma gözlənildiyindən fəırqli olaraq Mətanətlə Aytən bu dəfə çox təmkinli və səbrli davrandılar. Bu da iştirakçılar arasında müəyyən şübhələrə səbəb oldu və onun qərarını dəyişəcəyini bildirdilər. Və yanılmadılar. Mətanət səs toplayacağı təqdirdə Aytəni deyil, kişi iştirakçılardan birini uzaqlaşdıracağını bəyan etdi. 
 
Amma nəticə hamını şoka saldı. Səs verən iştirakçıların cəmi 24,26 faiz iştirakçı Mətanətin qalmasına səs verdi. Aytən isə 3-cü dəfə şounun qalibi oldu. Beləliklə Mətanət üçün maşın əldən getdi.
 
Xatırladaq ki, maşın uğrunda aşağıdakı şəxslər mübarizə aparır:
 
1.Mətanət Əliverdiyeva (aparıcı) 
2.Aytən Səfərova (aparıcı) 
3.Hüseyn Əzizoğlu (video blogger) 
4.Uran (reper) 
5.Rahidə Baxıçova (müğənni) 
6.Əli Mirəliyev (müğənni) 
7.Ruhəngiz Musəvi (müğənni) 
8.Pərvin Abıyeva (aktrisa) 
9.Abbas Bağırov (müğənni) 
10.Roza Zərgərli (müğənni)
 
Qeyd edək ki, Ələkbər Yasamallı və Firuzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd İlhamə ilə döyüşdə məğlub olsa da, Hüseyn Əzizoğlu onu ötən gün şoudan kənarlaşdırıb. Cavidan isə Aytənlə mübarizədən məğlub ayrıldı.
 
RePost.Az

Baxış sayı: 10927