Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən müəyyən hissəsində iyunun 8-də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən RePost.Az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.
 
Bununla əlaqədar sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.
 
RePost.Az

Baxış sayı: 604