30 iyun 2018-ci il tarixinədək saat 10:00-dan 13:00-dək İdman Akademiyasında xüsusi qabiliyyət tələb edən imtahanlara tam PULSUZ hazırlıqlar keçirilir.
 
Sınaq imtahanları Respublikanın tanınmış beynəlxalq dərəcəli idman hakimləri, idman məşqçiləri tərəfindən aparılır. 
 
Hazırlıq zamanı müəllimlər abituriyentlərdə qabiliyyət imtahan zamanı olan qüsurları necə aradan qaldırmalı, idman hərəkətlərini düzgün yerinə yetirmək istiqamətlərini öyrədəcək və nəticələri yerində başa salacaqlar. Bu da o nəticəyə gətirəcək, ki, abituriyentlər qabiliyyət imtahanına qabaqcadan hazırlaşmaq imkanını əldə edəcəklər.
 
Akademiyaya gələrkən şəxsiyyət vəsiqəsini gətirmək vacibdir. 
 
Abituriyentlərin rahatlığı üçün sizdən xahiş edirik, bu xəbəri media portallarınızda dərc edəsiniz.
 
RePost.Az

Baxış sayı: 2136 | Tarix: 08.06.2018
Bizi Telegramda izləyin: @repostaz