“Maşın” şounun 16-cı sürəti davam edir.
 
RePost.Az-ın məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 
 
Maşın uğrunda mübarizə aparan iştirakçıların əksəriyəti bu dəfə Hüseyn Əzizoğlunu SMS səsverməsinə çıxaqrıblar. Tamaşaçılardan səs istəyən Hüseyn Əzizoğlu ötən gün Pərvin Abıyeva ilə arasında baş verən qalmaqla son qoymaq istədiyini bildirib. Yəni hədəf olaraq Pərvin Abıyevanı seçib. Beləliklə maşın uğrunda Hüseyn Əzizoğlu ilə Pərvin Abıyeva arasında mübarizə başladı. İki saatın sonunda kimin qalib olacağı bəlli olacaq.
 
Qarşılıqlı ittihamlarla davam edən mübarizə Hüseynin qələbəsi ilə başa çatdı. Səs verən tamaşaçıların 60,30 fazi Hüseynin qalmasını istəyib. Amma onun seçimi hər kəsi şoka saldı. Hüseyn Əzizoğlu Pərvini heç vaxt vurmayacağını bildirdi və Roza Zərgərli tərəfindən qurulan oyunu açıladı. "Mən Rozaq tərəfindən Abbasın yanına yerləşdirilmişdim. Hədəfijm Abbas Bağırovdur".
 
Beləliklə maşın Abbas üçün əldən getdi.
 
Amma Abbas Bağırov şoudan getməzdən öncə bir sirri açıqlayıb. "Mən bu maşını bir nəfər üçün udmaq istəyirdim. Bu yaxınlarda oğlum dünyaya gələcək. Onun üçün aparacaqdım. Amma eybi yox, pulumu yığıb alacam".
 
Maşın uğrunda isə aşağıdakı şəxslər mübarizəni davam etdirir: 
 
1.Aytən Səfərova (aparıcı) 
2.Hüseyn Əzizoğlu (video blogger) 
3.Uran (reper) 
4.Pərvin Abıyeva (aktrisa) 
5.Roza Zərgərli (müğənni)
 
Qeyd edək ki, Ələkbər Yasamallı və Firuzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd İlhamə ilə döyüşdə məğlub olsa da, Hüseyn Əzizoğlu onu ötən gün şoudan kənarlaşdırıb. Cavidan və Mətanət Əliverdiyeva Aytənlə, Ruhəngiz Musəvi Roza Zərgərli ilə Əli Mirəliyev, Rahidə Baxışova isə Pərvinlə mübarizədən məğlub ayrılıb. 
 
 
RePost.Az


Baxış sayı: 4321 | Tarix: 11.06.2018
Bizi Telegramda izləyin: @repostaz