Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.
 
RePost.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı mərhum müğənninin oğlu Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.
 
Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Azərbaycan Respublikası Cinayət məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.
 
RePost.Az

Baxış sayı: 2383 | Tarix: 11.06.2018
Bizi Telegramda izləyin: @repostaz