“Maşın” şounun 16-cı sürəti davam edir.
 
RePost.Az-ın məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 
 
Maşın uğrunda mübarizə aparan iştirakçıların əksəriyəti bu dəfə Uranı SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən Uran bu dəfə də təmiz oynayacağını bildirib və hədəfinin Pərvin Abıyeva olduğunu deyib.
 
Ssenarisi Roza Zərgərli tərəfindən ququrlmuş daha bir mübarizə sonuclandı və səs verən tamaşaçıların 56,51 faizi Uranı oyunda saxlayıb. 
 
Və məluml oldu ki, Roza Zərgərli Aytən və Pərvin Abıyeva üzərində daha bir oyun qurub. Oyun da ondan ibarət olub ki, əslində bu dəfə hədəf Pərvin yox, Aytən Səfərova imiş. Pərvin Abıyeva plana uyğun olaraq Uran qərarını açılamadan əvvəl əlini maşından götürərək özüqnün Rozayta sədaqətini sübut edib. Uran isə hədəfinin Aytən olduğunu bildirib.
 
Beləliklə bu gecə maşın iki nəfər üçün əldən getdi - Pərvin və Aytən üçün. Bununla da "Maşın"ın 16-cı sürətinin final gecəsi vaxtından əvvəl başladı. 
 
Murad Dadaşov hər üç iştirakçıya xəbərdarlıq edərək, maddi maraq qarşılığında anlaşma üzə çıxacağı təqdirdə nəticələrin ləğv ediləcəyini bəyan edib. "Bizə yazırlar ki, Roza Zərgərli, Uran və Hüseyn Əzizoğlu arasında anlaşma olub. Bu barədə hər hansı fakt aşkarlanarsa, hər üç iştirakçı maşınsız qala bilər", - deyə Murad Dadaşov vurğulayıb.
 
Maşın uğrunda isə aşağıdakı şəxslər mübarizəni davam etdirir: 
 
2.Hüseyn Əzizoğlu (video blogger) 
3.Uran (reper) 
5.Roza Zərgərli (müğənni)
 
Qeyd edək ki, Ələkbər Yasamallı və Firuzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd İlhamə ilə döyüşdə məğlub olsa da, Hüseyn Əzizoğlu onu ötən gün şoudan kənarlaşdırıb. Cavidan və Mətanət Əliverdiyeva Aytənlə, Ruhəngiz Musəvi Roza Zərgərli ilə Əli Mirəliyev, Rahidə Baxışova isə Pərvinlə mübarizədən məğlub ayrılıb. Ötən gecə isə Roza Zərgərlinin planına uyğun olaraq Hüseyn Əzizoğlu Pərvinlə mübarizə apararaq sonda Abbas Bağırovu uzaqlaşdırıb.
 
RePost.Az


Baxış sayı: 8620