Yanvarın 3-də ölkə üçün gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.
 
Şimal-qərb küləyi gündüz mülyim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
 
RePost.Az

Baxış sayı: 2326 | Tarix: 02.01.2017
Bizi Telegramda izləyin: @repostaz