Maşın Şou-da problemlər yaşanıb. 

RePost.Az xəbər verir ki, şounun final gecəsi canlı yayım zamanı problem yaranıb. Artıq bir saata yaxındır Maşın şounun yayımı dayandırılaraq reklamlar verilir. 

Bununla bağlı şounun aparıcısı Xalq artisti Murad Dadaşov da sosial şəbəkə vasitəsilə tamaşaçılara müraciət edib. 

O, problemin həll edilməsi üçün texniki heyətin çalışdığını bildirib.
 
Hətta sosial şəbəkədə Uranın əlini maşından göptürməsi barədə məlumatlar da yayılıb. Bu baxımdan şou ilə bağlı bütün ssenarinin pozulduğu iddia olunur.

Qeyd edək ki, final Hüseyn Əzizoğlu, Uran və Roza Zərgərli ilə davam edir.

RePost.Az


Baxış sayı: 6949