Azərbaycanın Əməkdar artisti Lalə Məmmədova efirdə göz yaşlarını saxlaya bilmədi.
 
RePost.Az-ın məlumatına görə hadisə, GünAzTv-nin “Baxmağa nə Var” verilişində baş verib.
 
Belə ki, Amerikada AXC-nin yüzilliyi ilə bağlı keçirilən tədbirdən qayıdan əməkdar artistə verilən “okeanın o tayından Azərbaycan necə görünür” sualı onu kövrəldib. Oradakı azərbaycanlılarla sağollaşma mərasimindən danışan müğənni deyib: “Onların üzündə bir həsrət  var idi, mən doğrudan pis oldum”.
 
Aparıcı Aytən Fehruzun “qürbətdə nə qədər yaxşı həyatın olsa da, sən hər bir halda qəribsən” fikriylə razılaşan Lalə Məmmədova həmyerlilərimizi xatırlayarkən göz yaşlarına boğulub. Buna görə də, çəkiliş prosesi qısa müddətlik dayandırılıb.  
 
RePost.Az

Baxış sayı: 3504 | Tarix: 13.06.2018
Bizi Telegramda izləyin: @repostaz