Bu ilin yanvar ayında baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
 
RePost.Az-ın məlumatına görə, yanvarın 10-da Yasamal rayonu Qanlı göl ərazisində həyət evində 1958-ci il təvəllüdlü N.N-nın meyiti tapılıb.
 
Aparılan araşdırmalar zamanı qadının öldürüldüyü üzə çıxıb. Hadisəni törədən Ağdaş rayon sakini, 1983-cü il təvəllüdlü İ. C tutulub. Məlum olub ki o, daha əvvəl də məhkumluq həyatı yaşayıb.
 
Hadisənin hansı səbəblərdən baş verdiyi isə araşdırmalardan sonra məlum olub, Bu barədə tanınmış kriminal müxbir Ramilə İbrahimxəlilova "minval.az” saytına danışıb. O, bildirib ki, qadını kürəkəni qətlə yetirib. Hadisə isə qaynana ilə kürəkənin cinsi münasibətdə olduğu zaman qeydə alınıb.
 
Qadın kürəkəni ilə qeyri-ənənəvi halda cinsi əlaqədə olarkən onda qıcolma baş verib. Bu vaxt qadın dişləri ilə kürəkəninin cinsi orqanına dişləyib. Kişi də qaynanasının dişlərindən xilas olmaq üçün onun başına vurub. Məhz zərbənin təsirindən qadın dünyasını dəyişib.
 
Qeyd edək ki, 3 uşaq atası olan İ.C mərhumun qızı ilə 6 il öncə ailə qurub. Birgə nikahdan 3 övladları var. 15 ilə yaxındır ki, Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şikrətlərində fəhləliklə məşğul olub. Ailəsi ilə birgə Yasamalda kirayə yaşayıb. Çox keçməyib ki, qaynanası N da onların yanına köçüb. Onların münasibəti də həmin dövrdən başlayıb.
 
Kürəkən ilk ifadəsində hadisənin baş vermə səbəblərini gizlədib. O, yalandan məhkəməyə ifadə verib və qaynanasını əxlaqsız təklif etdiyi üçün öldürdüyünü deyib.
 
RePost.Az-

Baxış sayı: 15466