Rusiyada futbol üzrə dünya çempionatı start götürüb.
 
RePost.Az-ın məlumatına görə, Moskvada çempionatın rəsmi açılış mərasimi keçirilib.
 
Hazırda açılış oyununda 81 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşır.
 
Ümumilikdə iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.
 
Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.
 
İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.
 
RePost.Az

Baxış sayı: 454