Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.
 
RePost.Az-ın APA TV-yə istinadən verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.
 
Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
 
Məlumata görə, N.Ələkbərova ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.
 
RePost.Az

Baxış sayı: 2972 | Tarix: 14.06.2018
Bizi Telegramda izləyin: @repostaz