Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevlə tanış edib.
 
RePost.Az-ın məlumatına görə, bunu N.Paşinyan Feysbuk profilində dərc etdiyi video müraciətində bildirib.
 
"Futbol matçından sonra Rusiya prezidenti MDB ölkələrinin liderləri formatında kiçik bir qəbul təşkil etmişdi. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Rusiya prezidenti bizi tanış etdi. Bu sadəcə tanışlıq idi, heç bir müzakirə, məzmunlu söhbət və ya təmas olmayıb”, – deyə Paşinyan qeyd edib.  /APA/
 
RePost.Az

Baxış sayı: 3029 | Tarix: 15.06.2018
Bizi Telegramda izləyin: @repostaz